ATC STABİL NƏDİR?

"Azchange Trade Club" öz stabil və İEO tokenləri olan, blokçeyn startapları, kriptovalyuta birjalarında ticarət və ümumən virtual yatırımlarla maraqlananları bir araya gətirən ilk yerli təlim, online exchange və İEO platformasıdır. 

“Azchange” Trade Clubunun öz kriptovalyutası olan “ATCS”- nin dəyəri hər zaman stabil olaraq qalacaq və daima 1 Azərbaycan manatına bərabər tutulacaq.

 Məlumdur ki, Bitkoinin dəyərinin hər an yuxarı- aşağı dalğalanması qısamüddətli əməliyyatlar üçün istifadəçilərin işinə yaramır. Ona görə də, bütün onlayn “exchange”lər və əksər böyük korperasiyalar öz stabil kriptovalyutalarını dövriyyəyə buraxmağa çalışırlar. Bunların arasında ən tanınmışı Tether (USDT), USDC, BUSD, TUSD və HUSD- dir ki, onların da dəyəri daima 1 dollar civarında olur. Bizim sistemin “TRC20” blokçeynində yaradılan bu kriptovalyutası isə daima manata bağlı olacaq və 1 AZN civarında dəyərlənəcək. Bu kriptovalyutanın əsas özəlliyi ondan ibarətdir ki, ATCS ilə bütün əməliyyatlar minimal komissiya ilə olacaq. ATCS sahibləri öz tokenlərini partnyor birjalardakı hesablarına köçürüb, orada BTC (Bitcoin), Tether (USDT) və digər Altcoinlərə çevirib, istifadə edə biləcəklər. Bu da yerli istifadəçilərin kriptovalyutaları çox asanlıqla əldə edib, istifadə etməsi üçün ən ideal vasitə olacaqdır. 

Beləki, saytın “exchange” bölməsindəki marketlərdə digər kriptovalyutaların alış və ya satışı həyata keçirilsə belə, çıxarışlar yalnız "ATC2" və "ATC Stabil" ilə reallaşacaq.

Bunu qoruyub saxlamaq üçün biz hər zaman tərəfdaş birjalarda deposit olaraq lazımi qədər USDT tutacağıq ki, "ATC Stabil" kriptovalyutası daima tələb- təklifi qarşılaya bilsin. 

Digər üsullara nisbətən "ATC Stabil" ilə saytımıza yatırım etmə, çıxarma və ya daxili köçürmə etmə əməliyyatları tamamilə komissiyasız (cuzi Blokçeyn komissiyaları istisna olmaqla) həyata keçiriləckdir. ATCS alışları zamanı isə sistem hər zaman ən minimum xidmət haqqını tutacaqdır.

 "ATCS" tokenləri gələcəkdə şirkətin öz mining fermasında istehsal edilmiş BTC, ETH və digər koinlərə asanlıqla çevrilə biləcək. Beləliklə, yerli bazarda kriptovalyutalara tələbat xaricə pul çıxarmadan ödənmiş olunacaqdır. 

Referal marketing qazancı

 Saytımızın daha tez bir zamanda tanınması və geniş auditoriyaya sahib olması üçün şirkətimiz marketinqin bütün effektiv yollarından istifadəni nəzərdə tutur. Digital marketing yolu ilə internetdəki sosial şəbəkələrdə reytinqləri qırmağı hədəfləyən komandamız həmçinin onu da başa düşür ki, influser və referalçılar olmadan bu tipli proyektləri yaymaq asan iş deyil. Ona görə də, Airdrop olaraq hədiyyə token verməklə yanaşı, tövsiyyə üzərindən də, yayılmağı əsas prioritetlərindən biri hesab edir. Beləki, saytımızdakı xidmət paketlərindən birini alan üzvlərə, klub üzvü kimi ödənişsiz təlim və seminarlarımızda iştirak hüququ verilir. Həmçinin, sistem abunəçilərinə yeni çıxan kriptopullardan hədiyyə almaqla yanaşı, onlara referal bonuslar da, qazanmaq imkanı verir.

3 dərinlikdən olan bu qazanc növü paket və dərəcələrə görə  1- ci dərinlikdən 5- 25%, 2- ci və 3- cü dərinliklərdən isə 5- 15% arasında dəyişə bilir. Ümumilikdə isə, şirkət paket satışlarından əldə olunan gəlirin 55%- ni referal bonus olaraq abunəçilərinə paylayır, 5%- ni isə qurucu üzv paketlərinin sahibləri arasında bölür. 

Şirkət paket satışından əldə etdiyi gəlirin 40%- nin 10%- ni texniki xərclərinə, 10%- ni reklam, marketinq və merchant müqavilələrinə, 10%- ni yol xəritəsində göstərdiyi layihələrə və müxtəlif yatırımlara, 10%- ni isə ehtiyyat fonduna ayırır. Paketlərə görə, referal qazanc proqramı ilə tanış olmaq istəyirsizsə, saytımızdakı referal bölməsinə daxil olun və paketlərin üstünlük və gəlirləri ilə tanış olun.

Şirkət referral paketlərin satışına görə öz qurucu üzvlərinə aylıq passiv və aktiv bonuslar verir. Bundan başqa ümumi mənfəətin 10%- ni daima xeyriyyə məqsədləri üçün ayırır. 

Qeyd edim ki, şirkət "airdrop" zamanı bir çox üzvünə içərisində 20-10.000 manatlıq tokenlər olan hədiyyə paketlər paylayıbdır. 

 

Biz kimik?

 Əgər kriptovalyutalarla az- çox maraqlanmısınızsa, yəqin ki, bizləri tanıyırsız. Biz 6 ildən artıqdır ki, bu sektorda dərin araşdırmalar edən, "trade", "arbitrage", "İEO launchpad" və "mining" ilə məşğul olan bir komandayıq. Komandamızda bu sektorun hər bir sahəsinə aid ixtisaslaşmış mütəxəsislərimiz vardır. Onlayn yatırım sektorunda hər zaman peşəkarlarla işləməyə çalışmalısınız. Odur ki, doğru ünvandasız.

Niyə məhz ATC2?

 ATC2 öz arxasına trading ilə yanaşı, blokçeyn startaplarını da alan, həm yerli, həm də qlobal bir kriptovalyutadır. 

 Belə ki, ATC2 startap platformalara dəstək olaraq, özünəməxsus inkişaf yolu tutub. O gənc startapçıların lahiyələrinə yardımçı olaraq, gələcəkdə onlarla ödəmə və reklam üzərindən partnyorluq edəcək.

Hazırda, İEO olaraq İngiltərə mərkəzli Centex birjasında (Qeydiyyat linki: https://exchange.centex.io/register?ref=0f7c9b04 )

alına bilən “ATC2” kriptovalyutası ATCS- dən ("ATC Stabil" dan) fərqli olaraq sabit olmayacaq.

  Əgər, bizim bu startap layihəmizə və komandamıza güvənirsizsə, “TRC20” blokçeynində smart kontrakt əsasında yaradılan “ATC2” tokenini əldə edin. Siz ATC2- ni birjadan alaraq, onun bonus və staking yolu ilə sayını artıra bilərsiniz. Bundan başqa, saytımızdakı referal paketlərini və ya hər hansısa bir xidməti alan zaman sistem yeni yaranan tokenlərin birindən hədiyyə də, verir.  Bu gün, layihəmiz özü İEO- da olduğundan sizlərə “ATC2” kriptosunu sərfəli şərtlərlə əldə etmək imkanı yaradır. 2021-ci ilin payızında satışlarını bitirib, ticarətini açmağı planlaşdırılan bu kriptovalyutanın maksimal sayı 1 milyard ədəddir. İndi dəyəri 0,01 AZN/1 qəpik olduğundan lahiyənin başlanğıc qiyməti kimi ATC2 ən azı 10 milyon manatlıq kapitalzasiyaya sahib olacaq. Sistem öz kriptopulunun 20%- nin satışlar, 30%-ni bonuslar, 20%- ni staking yolu ilə yayılmasını planlaşdırılsa da, 30%- ni isə daima depozit olaraq öz balansında saxlayacaqdır. 

 Birjalar ilə yanaşı, Azchange platformasındakı bütün "ATC2" tokenləri də change oluna biləcək. Bu platformada 2024- cü ilin sentyabrınadək istifadə edilə bilməyən 1 token belə qalmayacaq. Buna baxmayaraq, ATC2 sahibləri partnyor startap tokenlərlə SWAP (dəyişdirilmə) fürsətlərindən də yararlana biləcəklər.   

Hazırda Centex birjasında 200 milyon ədədə yaxın ATC2 kriptovalyutası qalıb. Sell açıldıqdan sonra alınmayan bütün ATC2- lər şirkətin blocklanmış hesabının üzərinə əlavə ediləcək. İEO bitdikdən sonra xidmət satışları zamanı sistemə geri dönən ATC2- lər yenidən bazara çıxarılmayacaq və yandırılacaqdır. Həm, yandırılma (korperasiyanın illik mənfəətinin 30%- i həcmində), həm staking, həm də merchant müqavilələri və startUp platformalarla birgə inkişaf yolları ilə kriptovalyutamızın birjalardakı dəyərinin yüksəlməsi sürətlənəcək. Bundan başqa şirkət əldə etdiyi bütün mənfəəti #ATC2 tokeninin birjalardakı qiymətinin bahalaşması üçün xərcləyəcəkdir. 

Hazırda, ATC- nin öz mobil staking cüzdanı və qlobal exchange platformaları üzərində işlər görülür. Balanslarında yüklü miqdarda ATC2 tutan abunəçilərimiz endirim, airdrop, referral, launchpad, staking, latoreya, hədiyyə növbəsi, ortaqlıq və digər imkanlardan yararlana biləcəklər. 

 

YOL XƏRİTƏSİ

2020, Dekabr- 2021, Mart

Sistemin daha da təkminləşməsi

2021, Mart- May

Beynəlxalq birjalarla əməkdaşlıq

2021, May- İyul

E- ticarət, xidmət və oyun portalları ilə "merchant" müqavilələrinin imzalanması

2021, İyul- Sentyabr

"Network cafe"lərimizin açılmağa başlaması

2021, Sentyabr- Oktyabr

Kriptovalyuta "mining" mədənlərimizin qurulması

2021, Oktyabr- Dekabr

Endirim kartlarımızın və mobil tətbiqlərimizin hazırlanması

2022, Yanvar- Mart

Nəhəng kripto-birjalarla (Binance DEX, Latoken, Gate, Okex, Huobi, Binance.com və s. əməkdaşlıq)

2022, Mart- Dekabr

"ATC Cash Back"

2022, Dekabr- 2023, İyun

"ATC Fund & Farming"

 

2023, İyun- Dekabr

1.Post terminalların hazırlanması,

2.Ödəmə aparatlarının, Bankomatların quraşdırılması

2023, Dekabr

"ATC Business Center"

2024, Yanvar- 2025, Dekabr

" ATC Edu City"

Teams

Komandamızın üzvləri:

Qurbanəli Ömər

Layihə rəhbəri

Blokçeyn texnologiyası layihələrinin marketinqi üzrə mütəxəsis, təlimçi, kripto-trader.